Azərbaycanda mobil telefonların qeydiyyatı pullu oldu
Bu ilin noyabr ayının 1-dən etibarən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli şəkildə təşkil ediləcək.
Rabitə və Yüksək Texnologiyalar NazirliyindənAZXEBER.COM-a daxil olan məlumata görə, bu, Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə alınaraq qərara alınıb.
Məlumata görə, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı - 5 manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı - 20 qəpik ödəməli olacaq.
Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatıwww.e-gov.azvəwww.imei.azsaytları vasitəsilə, eləcə də poçt şöbələri tərəfindən aparılır. Qeydiyyat proseduru tam avtomatlaşdırılıb və 2 (iki) iş günündən 24 saat müddətinə endirilib.
Mobil cihazın qeydiyyatda olub-olmadığını mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə,www.imei.azsaytı vasitəsi ilə və ya “1677” çağrı mərkəzinə zəng etməklə müəyyənləşdirmək mümkündür.
Mövcud qaydalara əsasən, Azərbaycan ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.
Mənbə:> AZXEBER.COM