Bəzi alıcılar “iPhone X”u geri qaytarır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bəzi alıcılar “iPhone X”u geri qaytarır

Bəzi alıcılar “iPhone X”u geri qaytarır

Bəzi istifadəçilər “Apple”in ən innovativ cihazından məyus olmağa və onu mağazalara geri qaytarmağa başlayıblar.

AzNews.info Lent.az-a istinadən xəbər verir ki, yeniliyi almaq üçün növbəyə duranlar “iPhone X” smartfonlarından xəyal qırıqlığına uğrayıblar.

Onlar telefonu geri qaytararkən xüsusi bölmədə bunun səbəblərini qeyd etməlidir. Birilərinə smartfonun üz panelinin yuxarı hissəsindəki qara “qaş”ın olması xoş gəlməyib, digərləri isə bildirirlər ki, yeni ekran təriflənən kimi elə də yaxşı deyil. Əslində isə bu ekran İPS matrisadan xeyli yaxşıdır.

Ancaq geri qaytarılan zaman ən maraqlı səbəblərdən biri o olub ki, “iPhone X” işləmək üçün rahat deyil və “”Samsung Galaxy Note 8” smartfonu işlə bağlı məsələləri olduqca daha yaxşı yerinə yetirir.

Qeyd etmək lazımdır ki, hələlik “Apple”in ən bahalı smartfonunun geri qaytarılması halları ABŞ-da müşahidə olunur.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *