İnternetdə iPhone 6s-in yeni şəkilləri yayıldı » AzNews.info -Xəbər portalı

İnternetdə iPhone 6s-in yeni şəkilləri yayıldı – FOTO

İnternetdə iPhone 6s-in yeni şəkilləri yayıldı


Fransız Nowhereelse.fr bloqu Apple-in növbəti smartfonunun fotolarını paylaşıb.

Oxu.Az xəbər verir ki, şəkillərin iPhone istehsalı üzrə zavoddan alındığı ehtimal edilir.

Təsvirlərdə qurğunun ön korpusunu görmək mümkündür. Təsvirə görə, smartfonun xarici görünüşü iPhone 6 Plus modelinə identikdir. Business Insider portalı qeyd edir ki, Apple-in növbəti qacetində diqqət dizayna deyil, daha çox texniki xarakteristikaya yönəlib.

Force Touch ekran funksiyası fərqli texnologiya olmalıdır. Force Touch artıq Apple Watch saatlarında və MacBook taçpadində istifadə edilir.

Nowhereelse bloqunun dərc etdiyi şayiələr çox zaman həqiqət olur. Məsələn, saytda iPhone 6-nın əsl şəkilləri onun realizəsinə qədər peyda olmuşdu.

Daha öncə iyulda 9to5Mac mümkün iPhone 6S-in alümin qapağının şəkli dərc edilmişdi. Həmin təsvirlərdə bütün dəyişikliklərin smartfonun arxa qapağının daxili hissəsinə aid olduğu görünür.

Digər şayiələrə görə, iPhone 12 meqapikselli kamera, yeni A9 prosessoru və iki giqabaytlıq əməliyyat yaddaşı ilə təchiz ediləcək, bunu mayda Rorbes bildirib. Bununla yanaşı, iki model olacaq ekranlarının ölçüləri isə iPhone 6 və iPhone 6 Plus (4,7 və 5,5 düym müvafiq olaraq) olduğu kimi qalacaq. Korpusun rəng çalarına isə çəhrayı əlavə ediləcək. Növbəti iPhone-nun təqdimatı sentyabr ayında gözlənilir.

İnternetdə iPhone 6s-in yeni şəkilləri yayıldı
İnternetdə iPhone 6s-in yeni şəkilləri yayıldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *