ABŞ hakimiyyəti qalmaqallı “iPhone”-nu “sındırdı”
Hakimiyyətin Nyu-Yorkda narkotiklərlə iş üzrə keçən “iPhone”un blokunun açılması üçün artıq “Apple” ehtiyacı yoxdur.
Oxu.Az Reuter agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi bəyan edib.
Agentliyin məlumatına görə, adının gizli saxlanıldığı şəxs müstəntiqlərə şifrəni bildirib və bu şifrə vasitəsilə smartfonun yaddaşında olan məlumatlara çıxış əldə etmək mümkündür.
Martda Nyu-York məhkəməsi hakimiyyətə narkotiklərlə bağlı iş üzrə keçən “iPhone” smartfonunun blokunu açmaq üçün “Apple”in təhrik etmək xahişini təmin etməyib.
ABŞ hakimiyyəti məhkəmə yolu ilə San-Bernardoda (Kaliforniya) 14 nəfəri öldürən terrorçunun “iPhone” şifrəsini açmaq üçün “Apple”dən yardım tələb etmişdilər. Amma FAB smartfonun şifrəsini açdıqdan sonra “Apple” qarşı iddianı geri çəkiblər.
Mənbə:> Oxu.Az