Rusiya “qanuni oğruları” deportasiya edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Rusiya “qanuni oğruları” deportasiya edir

Rusiya “qanuni oğruları” deportasiya edir

Bu yay Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı öncəsi təhlükəsizliyi təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən “qanuni oğrulara” qarşı əməliyyatlar başlayıb.

Bu məqsədlə onların Rusiyadan deportasiya edilməsinə start verilib.

Məlumata görə, 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaev isə Qırğızıstana yola salınacaq. Bir müddət öncə isə Baçuka Paçuliya Gürcüstana, Dadaş Bakılı isə Azərbaycana deportasiya edilib.

Qeyd edək ki, hazırda Rusiyada 432 “qanuni oğru” fəaliyyət göstərir. Onlardan 318 nəfəri azadlıqda, 114-ü həbsdə, 31 istintaq altında, 19-u isə axtarışdadır.

“Kriminal avtoritetlər” arasında daha çox Gürcüstan vətəndaşı var - 242 nəfər. Onlar arasında ruslar (51), ermənilər (30), yezidilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8), yəhudilər (7) də var.

Mənbə: Qafqazinfo
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *