11 "qanuni oğru" deportasiya olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

11 "qanuni oğru" deportasiya olundu

11 "qanuni oğru" deportasiya olundu


Ukrayna milli polisi rəhbərinin müavini Vadim Troyan ölkə ərazisindən son dörd ayda 11 "qanuni oğru”nun çıxarıldığını bildirib.

Modern.az xəbər verir ki, onun sözlərinə görə, həmin şəxslərin heç birinin Ukrayna vətəndaşlığı olmayıb.

"Mən kriminal polisin şefi olanda biz ölkədə 28 "qanuni oğru” olduğunu saymışdıq. Dörd ay ərzində Ukrayna vətəndaşlığı olmayan 11 "qanuni oğru”nun ölkə ərazisindən çıxarılmasına nail olmuşuq”, - o, vurğulayıb.

Troyan onu da əlavə edib ki, "qanuni oğrular” deportasiyadan sonra yenidən qayıtsalar da, hakimiyyətin səyi nəticəsində yubanmadan yenidən ölkədən çıxarılırlar.

İyul ayında Odessada əvvəllər məhkum olunan Tsrutsi ləqəbli "qanuni oğru” saxlanıldıqdan sonra Gürcüstana göndərilib.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *