Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmiş » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmiş

Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə təqsirləndirilən Şəmistan Mustafayevin məhkəmədki ifadələri ziddiyyətli olduğundan onun istintaqa verdiyi ifadəsi elan edilib. Ş.Məmmədov istintaqa verdiyi ifadəsində tanışı Ələkbər Məmmədovla birlikdə avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu göstərib. Bir dəfə bu məqsədlə Türkiyəyə gedərkən orada ekstazi həblərindən istifadə ediblər. Daha sonra isə onlar ekstazini Bakıya gətirməyi və satmağı planlaşdırıblar.

Təqsirləndirilən Şəmistan Mustafayev istintaqa verdiyi ifadəsində göstərib ki, Ələkbər Məmmədovla müxtəlif şəxslərə ekstazi satıblar. O, ekstazini 15 manata Ələkbərdən alaraq 20 manata ayrı-ayrı şəxslərə satdığını etiraf edib. Ş.Mustafayev söyləyib ki, ekstazini satarkən adətən müştəri ilə üzbəüz görüşməyib. Belə ki, ekstazini əvvəlcədən planlaşdırdığı yerə qoyub və müştəriyə məlumat verib. Müştəri də pulu ödəmə terminalları vasitəsilə etdikdən sonra ekstazini qoyulan yerdən götürürmüş. Ş.Mustafayev istintaq zamanı narkotik vasitə istifadəçisi olduğunu da etiraf edib.

Amma Ş.Mustafayev məhkəmədə istintaqa verdiyi ifadəsini təqdiqləməyib.
Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmiş



Hakim elan edib ki, cinayət işi materiallarında Ş.Mustafayevdən ekstazi alan xeyli sayda şəxsin ifadəsi var. Onlar ekstazi istifadəçisi olduqlarını və malı Şəmistandan aldıqlarını deyiblər. Amma Ş.Mustafayev bununla razılaşmayıb və deyib ki, heç kimə ekstazi satmayıb. Hakim isə bildirib ki, digər istifadəçilərin də dindirilməsi üçün ayrıca cinayət işi açılıb.

Prosesin davamında digər təqsirləndirilən Cəlal Qasımovun istintaqa ifadəsi elan edilib. O, Ələkbər adlı şəxsi tanıdığını və satmaq üçün bir neçə dəfə ondan ekstazi aldığını deyib. Cəlal Qasımov da istintaqa verdiyi ifadəsini təsdiq etməyib. Qeyd edib ki, müstəntiqə istifadə məqsədilə ekstazi aldığını deyib. Məlum olub ki, Cəlal ifadəsində Ələkbərlə telefonda danışarkən ekstazi həbinə "eki" deyirmişlər. Cəlal da ifadəsində göstərib ki, ekstazini yaşayış binalarının bloklarımda girişlərə yerləşdirirmişlər. Pulu ödəmə terminalı vasitəsilə ələ keçirəndən sonra müştəriyə ünvanı deyirmişlər.

Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmiş


İttihama görə, adı çəkilən şəxslər dəfələrlə eyni yolla ölkəyə psixotrop maddələr gətiriblər. Bu məqsədlə ilk dəfə Türkiyəyə gedərək orada müxtəlif şəxslərlə görüşüblər. Qeyd edilən həblərin Türkiyədən alınmasında, Azərbaycana göndərilməsində əsas iştirakçılar arasında bir neçə Türkiyə vətəndaşı da var.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımov ötən il martın 15-də saxlanılıblar. Araşdırma zamanı onlardan külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddəsi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Ş.Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və C.Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *