Naməlum şəxslər göl qırağına at cəmdəkləri atdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Naməlum şəxslər göl qırağına at cəmdəkləri atdı – Üfunət iyi Abşeronu bürüdü

Naməlum şəxslər göl qırağına at cəmdəkləri atdı



Abşeron rayonunda göl qırağına xeyli sayda at cəmdəyi atılıb. Atan şəxs və şəxslərin kimliyi isə məlum deyil.
"Xəzər Xəbər” xəbər verir ki, ətrafı üfunət bürüdüyündən bu məsələ yaxınlıqda yaşayan sakinləri narahat edir. Artıq rayon baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər və təqsirkar şəxslərin tapılması üçün polisə müraciət olunacaq.

Söhbət Abşeron rayonunun 28 may qəsəbəsində yerləşən gölün kənarından gedir. Yaxınlıqda yaşayan sakinlər bildirir ki, xüsusən də axşam saatlarında müəyyən şəxslər ölmüş at cəmdəklərini avtomobilə gətirərək gölün kənarına atır. Onların sözlərinə görə, bu hal uzun müddətdir, davam edir.

Abşeron rayon baytarlıq idarəsinin əməkdaşları da əraziyə baxış keçiriblər.
Baytarlıq İdarənin rəisi Tahir Abdullayev bildirib ki, əməkdaşları tərəfindən yaranan antisantariyanın qarşısı alınacaq.

Qeyd edək ki, təqsirkar şəxslərin tapılması üçün artıq polisə müraciət olunub

Mənbə: Xezerxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *