Tərtərdə at kəsimi ilə məşğul olan şəxslər tutulub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Tərtərdə at kəsimi ilə məşğul olan şəxslər tutulub

Tərtərdə at kəsimi ilə məşğul olan şəxslər tutulub

Tərtər Rayon Polis Şöbəsi və Baytarlıq İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat zamanı rayon ərazisində at kəsimi ilə məşğul olan şəxslər tutulub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, reyd zamanı rayon sakini Ədalət Əliyevə məxsus fermadan iki baş kəsilmiş at vəziyyətdə aşkar edilərək götürülüb.

150 kiloya yaxın at əti götürülərək Tərtər rayon Baytarlıq İdarəsinin soyuducu anbarına yerləşdirilib. At ətindən nümunələr götürülərək laboratoriyaya göndərilib. Ətin qida üçün tam yararsız olduğu müəyyənləşib.

Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən ətlər rayonun məişət tullantıları poliqonunda basdırma yolu ilə zərərsizləşdirilib.

Faktla bağlı Tətər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, ilkin araşdırma zamanı at ətinin Bakı şəhərindəki dönərxanalara göndərilməsi üçün nəzərdə tutulduğu məlum olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *