Bakıda gənc oğlan metroda qatar yoluna düşərək qaçmağa başlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda gənc oğlan metroda qatar yoluna düşərək qaçmağa başlayıb – VİDEO

Bakıda gənc oğlan metroda qatar yoluna düşərək qaçmağa başlayıb

Bakıda gənc oğlan metroda qatar yoluna düşərək qaçmağa başlayıb. Hadisə saat 18:50 radələrində “İnşaatçılar” metrostansiyasında baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğlu özünü qatar xəttinə ataraq üzü “Elmlər Akademiyası” stansiyası istiqamətində qaçmağa başlayıb.

İnsident nəticəsində qatarların hərəkəti dayandırılıb.

N.Paşayev bildirib ki, həmin şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb.

Qurum rəsmisi hadisədə hər hansı intihar məqsədinin olmadığını qeyd edib.

Hadisənin baş vermə səbəbi polis tərəfindən araşdırılır.

Mənbə: Qafqazinfo.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *