Metroda növbəti həyəcan yaşandı
"Bakı Metropoliteni" QSC-nin "Nəsimi" stansiyasında 29 yaşlı oğlan relslərin üstünə yıxılıb.
“Report” xəbər verir ki, bunu metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində baş verib. Belə ki, "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb: "Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib".
Virtualaz.org xatırladır ki, analoji hadisə dünən "İçərişəhər" stansiyasında da baş vermişdi. Belə ki, səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən ayağı dolaşan 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlu relslərin üstünə yıxılmışdı. Xoşbəxtlikdən o da heç bir xəsarət almamışdı. Amma həmin olayda maşinist fərqlənmişdi: qatarı vaxtında saxlamaqla...
Mənbə:> Report