Bakı metrosunda növbəti ajiotaj: qatar tuneldə qaldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakı metrosunda növbəti ajiotaj: qatar tuneldə qaldı

Bakı metrosunda növbəti ajiotaj: qatar tuneldə qaldı


ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Sahil"dən "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb.

Təxminən 10 dəqiqə fasilədən sonra anons edilərək sərnişinlərin qatarı tərk etməsi istənilib. Bəzi sərnişinlər anonsa riayət etsə də digərləri vaqonları tərk etməyib.

Daha sonra qatar "İçərişəhər" əvəzinə "Sahil" stansiyasına qayıdıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb: "Qatarın birinci vaqonu tuneldə qalıb. Ancaq digər vaqonlar stansiyada olduğu üçün qatardakı sərnişinlər boşaldılıb. Texniki nasazlıq qatarın əyləc sistemində baş verib. Texniki problem aradan qaldırıldıqdan sonra qatar işə salınıb".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *