Bakıda sevgilisi ilə mübahisə edən gənc özünü qatarın altına atdı – FOTO (YENİLƏNİB)
Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.
AzNews.info xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.
12:56
Bakı metrosunda intihar edən gəncin meyiti relslərdən çıxarılıb, qatarların hərəkəti bərpa olunub.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, qatar gəncin üzərindən keçib və onun başını qoparıb.
ATV.az saytının məlumatına görə, gənc oğlanla gənc qız platformada mübahisə ediblər. Sonra isə gənc oğlan özünü gələn qatarın altına atıb.
12:39
Bakı Metropolitenində bir nəfər qatarın altına düşüb
AzNews.info xəbər verir ki, hadisə şahidlərinin Ölkə.Az-a verdiyi məlumata görə, hadisə “İçərişəhər”lə “Həzi Aslanov” xəttində baş verib.
Sərnişin “28 May” stansiyasında qatarın altına düşüb.
Hadisə şahidləri bildiriblər ki, hazırda metronun hərəkəti dayandırılıb. Qatarın altına düşən isə 20-25 yaşlı oğlandır.
Onun başı parçalanıb və həyatını itirib.
Mənbə:> Oxu.Az