Bakı metrosunda intihar: Gəncə sakini özünü qatarın altına atdı – YENİLƏNİB
Bakıda özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib.
"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.
***23:16
Bakı metrosunda intihar hadisəsi baş verib.
Virtualaz.org-un məlumatına görə, hadisə 22:15 radələrində qeydə alınıb.
Belə ki, 20-25 yaşlarında kişi özünü qatarın altına atıb. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb
Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə ilə əlaqədar qatarın "Ulduz" stansiyasından “Həzi Aslanov” stansiyasına hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.
Hazırda meyit çıxarılıb və qatarların hərəkətləri bərpa olub.
Nəsimi Paşayev həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları hadisə yerdindədir, intihar edənin şəxsiyyəti müəyyənləşdirilir.
Mənbə:> Virtualaz.org