Özünü qatarın altına atan Gəncə sakini xəstəxanada ölüb
Özünü elektrovozun altına ataraq intihar etmək istəyən Gəncə sakini dünyasını dəyişib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, aprelin 27-də Gəncədə özünü elektrovozun altına atan 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ötən gecə yerləşdirildiyi Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Ş.Quliyev bacısı xəstə olduğu üçün özünü elektrovozun altına atıb. Onun sol qolu amputasiya edilmişdi.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> APA