Bakı metrosunda dəhşətli intihar
Bakı Metropoliteninin Əhmədli stansiyasında dəhşətli hadisə baş verib.
AzNews.info big.az-a istinadən xəbər verir ki, saat 11:10 radələrində bir nəfər özünü relslərin üzərinə atıb. Hadisə saytın müxbirinin gözü qarşısında baş verib. Şahidlərin sözlərinə görə, gənc oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, artıq intihar edən gəncin meyiti relslərdən çıxarılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Mənbə:> Big.az