Bakı metrosunda nasazlıq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakı metrosunda nasazlıq – FOTO

Bakı metrosunda nasazlıq


Bu gün “Bakı Metropoliteni”ndə nasazlıq baş verib.

Hadisə şahidləri Oxu.Az-a bildiriblər ki, qatarın qapısında problem olub, belə ki, o açıq qalıb.

Verilən məlumata görə, “Bakı Metropoliteni” QSC-nin əməkdaşı qatar hərəkətdə ola-ola onu təmir etməyə çalışıb. Hadisə şahidləri bunu lentə alıblar.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, qatarın qapısında nasazlıq olub, amma qapı açıq ola-ola qatar hərəkət etməyib:

“7 saylı marşrutun qapısında nasazlıq olub. Təlimatçı da baxış keçirib və problem həll olunub. Əgər şəklin üst tərəfinə fikir versəniz görərsiz ki, orda lyuk var, onu açıb və düzəldib. Amma yenə deyirəm, qapı açıq vəziyyətdə qatarın hərəkət etməsi qeyri-mümkündür”.

Bakı metrosunda nasazlıq

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *