İraqdan ürək parçalayan görüntü, terrorçu ilə həlak olanların övladları üzləşdirildi – VİDEO
Oğlunu və ərini itirən qadınlar və habelə atalarını itirən 4 uşaq terrorçu ilə üz-üzə gətirilirlər
İraqda "İŞİD" terrorçuları ələ keçdikdən sonra terror qurbanlarının ailələri ülə üzləşdirilir.
İnterAz xəbər verir ki, görüntülər İraqda ən çox izləyicisi olan “Qanunun əlində” sənədli verilişinə aiddir.
Verlişin ənənəsinə əsasən, partlayış, hücum və kütləvi mütəşəkkil qətlləri həyata keçirən "İŞİD" üzvləri tutulduqdan və istintaqa cəlb edildikdən sonra edama edam cəzasına məhkum edilirlər. Lakin bundan öncə onlar partlayış törətdikləri məkanda qurbanlarının ailələri ilə üzləşməli və törətdikləri cinayətlərə görə onların yaxınlarına cavab verməlidirlər.
Video görüntüdə, oğlunu və ərini itirən qadınlar və habelə atalarını itirən 4 uşaq terrorçu ilə üz-üzə gəlirlər. Onlar atalarının niyə öldürülməsinin səbəbini soruşur. Qadınlar isə onun edam edilməsini tələb edirlər. Uşaqlara isə yalnız ağlamaq qalır...
Mənbə:> İnterAz