İŞİD terrorçuları çinli və norveçli girovları edam etdilər
İŞİD terror qruplaşmasının döyüşçüləri çinli və norveçli girovları edam ediblər.
Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, onların cəsədlərinin şəkilləri qruplaşmanı təbliğ edən jurnalda yerləşdirilib.
“Öz kafir ölkələri və təşkilatları tərəfindən tərk edildikdən sonra edam ediliblər”, - yaraqlıların yaydıqları məlumatda bildirilir.
Fotoşəkillərə əsasən girovları güllələyərək öldürüblər.
Norveç XİN-də qeyd ediliblər ki, onların ölkə vətəndaşının edam edilməsi barədə heç bir məlumatları yoxdur. Çin hakimiyyəti isə terrorçuların bəyanatına heç bir reaksiya verməyib.
Mənbə:> Oxu.Az