İŞİD 15 yeniyetməni edam etdi
İŞİD terror qruplaşmasının üzvləri İraqın şimalında 15 yeniyetməni edam edib daha 20 yerli sakini isə girov götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Press TV yerli KİV-ə istinadən məlumat yayıb.
Terrorçular yerli sakinləri paytaxt Bağdaddan 282 km aralıda yerləşən Kirkuk əyalətindən qaçırıblar. Döyüşçülər onları hökumət qüvvələri ilə əməkdaşlıq etməkdə günahlandırıblar.
İŞİD üzvləri bildirblər ki, oğurlanmış yerli sakinlərin məhkəməsi keçiriləcək və çox güman ki, onlar edam ediləcəklər.
Press TV məlumatına əsasən, dünən terrorçular Sincar şəhərində 13-18 yaş arasında 15 kürd döyüşçüsünü edam ediblər.
Mənbə:> Oxu.Az