İŞİD-dən növbəti “orijinal” edam metodları – FOTO
İraqın və Suriyanın bir hissəsini işğal altında saxlayan İŞİD terror qruplaşması müqəddəs ramazan ayında da vəhşilikdə hüdud tanımır. ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə qruplaşmanın yeni edam metodlarını sınaqdan keçirməyini əks etdirən fotolar yayılıb.
Ən son vəhşiliyin İraqın Ninova şəhərində baş verdiyi bildirilir. Belə ki, İŞİD cəsusluqda ittiham etdiyi 15 nəfəri 3 qrupa bölərək vəhşicəsinə qətlə yetirir.
İlk qrupda olan 3 nəfər minik avtomobilinə mindirilərək uzaqdan qumbaraatanla vurulur və həmin şəxslər bu şəkildə öldürülür.
İkinci qrupda olan 5 nəfər isə qəfəsə doldurulur və onlar da kranla hovuza endirilərək edam olunur.
Növbəti – üçüncü qrupda olanlar isə bədənlərinə dinamit bağlanıb uzaqdan partladılaraq öldürülürlər.
Mənbə:> ANSPRESS