Bakıda alternativ teleqüllə istifadəyə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda alternativ teleqüllə istifadəyə verildi

Bakıda alternativ teleqüllə istifadəyə verildi

Bakıda alternativ televiziya qülləsi istifadəyə verilib. Bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Alternativ qüllə ehtiyat qüllə funksiyası daşıyacaq və zərurət yaranacağı təqdirdə, məsələn, efir məkanında profilaktika işləri aparılarkən işə salınacaq.

Əvvəlcə alternativ teleqülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai Radio yayımlanacaq. Bu məqsədlə stansiyada əlavə TV ötürücüləri quraşdırılıb. Bu həftənin sonunadək isə FM-radio ötürücüləri quraşdırılacaq.

Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndirilib. Qüllənin hündürlüyü 140 metrə bərabərdir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *