“Azəravtoyol”: Kiş kəndinə alternativ yol salınacaq
Ötən gecə təxminən saat 00:00 radələrində Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometrliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparıb.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilib. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metrdir.
Təbii fəlakətin baş verdiyi əraziyə “Azəravtoyol” ASC-nin və digər aidiyyəti qurumların mütəxəssisləri cəlb olunub. Qısa müddət ərzində alternativ yolun salınması ilə körpünün bərpası istiqamətində addımlar atılacaq. Hazırda isə avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi Oxud yolundan istifadə etməklə təmin olunur ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.
Qeyd edək ki, iki aşırımlı (2 x 31m) avtomobil körpüsünün ümumi uzunluğu 74 metr, qabariti isə 8,4 metrdir.
Mənbə:> Oxu.Az