Tərtər-Kəlbəcər avtomobil yolu təmir olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial

Tərtər-Kəlbəcər avtomobil yolu təmir olunur – VİDEO

Tərtər-Kəlbəcər avtomobil yolu təmir olunur

Lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində təmir-tikinti işləri həyata keçirilir.

Oxu.Az xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir olunan yolun uzunluğu 3.2 kilometrdir. Sözügedən yol Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir. Avtomobil yolunun hərəkət hissəsinin eni 7.5 – 13 metr arası dəyişir.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Bundan başqa su ötürücü borular tikilib və zəruri olan yerlərdə yol kənarına yeni səki daşları düzülüb.

Hazırda yola yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 31200 m2 sahənin asfaltlanması nəzərdə tutulub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilən təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *