Bu yol da bağlandı
Abdulvahab Salamzadə küçəsinin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.
Bu çərçivədə Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Təmir işləri küçənin yalnız “Qələbə dairəsi”ndən Tbilisi prospektinə qədər olan yan yolunda aparılır. Sözügedən ərazidə köhnə asfalt-beton örtüyü frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Bundan sonra yola yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. İşlər tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçirilir. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.
Mənbə:> Qafqazinfo.az