Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılır
Bu gün, günorta saatlarından etibarən təmir işləri ilə əlaqədar Bakı şəhəri Xətai rayonunun Telnov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC məlumat yayıb.
“Hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq olunacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçməsi tövsiyə olunur”, - deyə şirkətdən bildirilib.
Mənbə:> Oxu.Az