Bakıda alternativ teleqüllə istismara veriləcək
Bu ilin sonuna qədər Bakıda alternativ teleqüllə istismara veriləcək.
“Repor” bildirir ki, bunu Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, tikinti işlərinin 80 faizi artıq yekunlaşıb: "İlin sonuna qədər həmin teleqüllədən yayım imkanı əldə ediləcək. Üç aydan bir profilaktika işləri görülməlidir. Bu işlər görüləndə əhali arasında haqlı narazılıq olur. Həmin gün efir tam boş qalır. Milli Televiziya və Radio Şurası bununla bağlı bizə haqlı iradlarını bildirib. Bu olmasın deyə alternativ teleqüllə vasitəsilə profilaktik iş aparılarkən Bakı və Abşeron yarımadasında yayımı tam şəkildə həyata keçirə biləcəyik.
Qeyd edək ki, yeni alternativ teleqüllənin inşası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarına uyğun olaraq həyata keçirilir.
Mənbə:> Report