MTRŞ “Space” radiosunun fəaliyyətini bir günlük dayandırmasına aydınlıq gətirdi
“Space” radiokompaniyasının ötən gün fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə borcu ilə əlaqədar olub.
Aznews.info-un xəbərinə görə, bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
Radionun artıq fəaliyyətini bərpa etdiyini deyən N.Məhərrəmli deyib ki, bu, İstehsalat Birliyi ilə “Space” radiokampaniyası arasında olan texniki məsələdir.
Mənbə:> APA