Azərbaycan və Qazaxıstan Türkiyə üçün alternativ bazar olacaq
Rusiya ilə yaşanan siyasi böhran sonrası alternativ bazar axtarışlarını davam etdirən Türkiyə Azərbaycan və Qazaxıstan ilə yeni ticarət müqavilələri imzalayacaq. Bu çərçivədə iki ölkə ilə ticarətin artırılması məqsədi hədəflənir.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Rusiya ilə gərginliyin baş verməsindən sonra xarici ticarətdə əngəllər yaranıb. Bu məqsədlə Türkiyə hökuməti alternativ bazar axtarışlarını sürətləndirib.
Hökumətin hazırladığı yeni “Üstünlük verilən Ticarət Razılaşması”, “Azad Ticarət Müqaviləsi” Rusiya ilə azalan xarici ticarətin alternativ bazarlar vasitəsilə doldurulması gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan yeni yol xəritəsinə görə, ilk olaraq Azərbaycan və Qazaxıstan ilə “Üstünlük verilən Ticarət Razılaşması” imzalanacaq”, - deyə KİV yazıb.
Xatırladaq ki, nəzərdə tutulan müqavilələrin 2017-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.
Qeyd edək ki, Pakistan ilə “Azad Ticarət Müqaviləsi” nin imzalama prosesi başlanılıb. Yaponiya, Meksika, Peru və Ukrayna kimi ölkələrlə də qeyd olunan müqavilənin imzalanması istiqamətində işlər davam edir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli