Poroşenko: Ukrayna Rusiya ilə azad ticarət zonasının ləğvinə hazırdır
[/img][/center]Ukrayna Rusiya ilə azad ticarət zonasının ləğvinə hazırdır.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Kommisiyasının sədri Jan-KLod Yunkerlə keçirdiyi görüş zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna buna Aİ-lə azad ticarət zonası rejiminin tətbiqi naminə hazırdır.
Qeyd edək ki, dekabrın 16-da Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası haqqında razılaşmanın 2016-cı ilin yanvarından 1-dən dayandırılması barədə fərman imzalayıb.
Mənbə:> Oxu.Az