Ukrayna üçün mühüm gün
Ukrayna, Rusiya, Fransa və Almaniya rəsmiləri Berlində Ukraynanın şərqindəki böhranının həlli yollarını müzakirə edir.
ANS PRESS-in məlumatına görə, bu görüş yanvarın 15-də bu ölkə liderlərinin Astanada gözlənilən görüşü ərəfəsində hazırlıq xarakteri daşıyır.
Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleksiy Makeyev bundan əvvəl bildirib ki, tərəflər atəşin dayandırılması ilə bağlı sentyabrın 5-də Minskdə əldə edilmiş razılaşmanın həyata keçirilməsi üçün öz planlarını təqdim edəcəklər.
Ukrayna prezidenti Pyotr Poroşenko Astana görüşündə irıliləyişə ümidlə yanaşır.
Mənbə:> ANSPRESS