İndoneziyada Aqunq vulkanı püskürməyə başlayıb
İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürməyə başlayıb. Hazırda vulkanın kraterindən tüstü 700 metrədək yüksəlir.
Vulkanın fəallığı mütəxəssislər tərəfindən ikinci kateqoriyaya aid edilib. Yəni püskürmə güclü hesab olunmur.
Qeyd edək ki, sentyabr ayında Aqunq vulkanında fəallıq qeydə alındığı üçün Bali adasında fövqəladə vəziyyət elan olunmuşdu.
Mənbə:> virtualaz.org