Azərbaycanda vulkan püskürüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Azərbaycanda vulkan püskürüb – YENİLƏNİB

Azərbaycanda vulkan püskürüb

Paytaxtın Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı püskürüb.
AzNews.info Xəzər TV-yə istinadən məlumat verir ki, vulkan püskürmə məhsulları3,5 hektara yaxın əraziyə yayılıb.

Xaric olmuş püskürmə məhsullarının qalınlığı mərkəzdə 3 metrə yaxın, kənarlarda isə 20-30 santimetr təşkil edib.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə , püskürmə zamanı bəzi evlərdə çatlar əmələ gəlib.

Geologiya və Geofizika Institutunun elmi işçisi Orxan Abbasov deyir ki, bu palçıq vulkanı nəinki Azərbaycanda, hətta dünyada ən təhlükəli palçıq vulkanları sırasındadır.

Elmi işçinin sözlərinə görə, palçıq vulkanları ilə tikinti obyektləri arasında ən azı 2 km-dən artıq məsafə olmalıdır. Ancaq həmin ərazidə tikilən evlər palçıq vulkanına 2 km-lik məsafədən yaxındır. Vulkanın yenidən püskürmə ehtimalı da var.

Orxan Abbasov bildirib ki, palçıq vulkanının riskləri ilə bağlı mütəmadi olaraq aidiyyati qurumlara xəbərdarlıq edilir.

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *