Azərbaycanda vulkan püskürdü – VİDEO
Bu gün saat 12:20 radələrində Səngəçal qəsəbəsi yaxınlığında yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Oxu.Az bizimyol-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü Üzeyir Mikayılov məlumat verib.
Otman Bozdağ Bakıdan 35 km cənub-şərqdə yerləşir. Nisbi hündürlüyü 404 metr olan Otman Bozdağ Azərbaycanın ən hündür palçıq vulkanlarından sayılır.
Kraterin diametri isə 350 metrə çatır. Axrıncı dəfə 1 oktyabr 1965-ci ildə püskürən vulkan, bu gün saat 12:20 radələrində yenidən oyanıb. Püskürmə 20 dəqiqə davam edib.
Alovun hündürlüyü 250-300 metrə çatıb. Püskürmə nəticəsində böyük bulud əmələ gəlib.
Mənbə:> Oxu.az