Bakıda bank borclarından bezən gənc özünü binadan atmaq istədi – VİDEO
Bakının Nizami rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinə çıxıb.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.
Musavat.com intihar cəhdini lentə alıb. Videoda intihara cəhd edən şəxsin damarlarını kəsdiyi də görünür. O bildirib ki, banklar onu boğaza yığıb və intihar etməsinin də səbəbi budur.
Post by aznews.info.
Mənbə:> Oxu.Az