Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi – VİDEO

Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi


Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər.

AzNews.info-nun ARB TV-yə istinadən məlumatına görə, Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görür. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyir.

Hamilə qadını xəstəxanaya çatdıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu deyir. Artıq dünyaya gələn qız uşağına qoyulacaq ad da bəllidir. Körpəyə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.

Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.

Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır.


Mənbə: ARB TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *