Gəncədə hamilə qadın əməliyyat zamanı öldü
Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi baş verib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında qeydə alınıb. Şəhər sakini, üçaylıq hamilə olan 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova özünü narahat hiss etdiyi üçün xəstəxananın Ginekologiya şöbəsinə yerləşdirilib.
Ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyat zamanı qadın dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır.
Mənbə:> APA