Gəncədə 62 yaşlı qadın yanıb
Gəncə sakini yanıq xəsarətləri alıb.
AzNews.info-nun Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən 62 yaşlı Gülnar Şabanovaya 3-cü dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Onun hansı şəraitdə, necə xəsarət aldığı araşdırmalar nəticəsində məlum olacaq.
Mənbə:> Kəpəz TV