Şirvanda hamilə qadın öldü » AzNews.info -Xəbər portalı

Şirvanda hamilə qadın öldü

Şirvanda hamilə qadın öldü


Şirvanda 9 aylıq hamilə qadın ölüb.

AzNews.info xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölüm faktı gecə saat 2.30 radələrində qeydə alınıb.

Yaşadığı evdə halı pisləşən Şirvan sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Günel Malik qızı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Şirvan şəhər xəstəxanasının növbətçi həkimləri onun xəstəxanaya meyit vəziyyətində daxil olduğunu təsdiq ediblər. Hamilə qadının hansı səbəbdən öldüyünü aydınlaşdırmaq üçün meyit Şirvan şəhər morquna təhvil verilib.

Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *