Şirvanda toyda faciə baş verdi
Şirvanda toy şənliyində 77 yaşlı kişi dünyasını dəyişib.
AzNews.info xəbər verir ki, APA-ın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə oktyabrın 11-də saat 23.00 radələrində Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.
Bakı şəhər sakini, Ağa Nemətulla küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Musayev Faiq Camaləddin oğlu toy şənliyində ürək tutmasından dünyasını dəyişib.
Onun meyiti müayinə üçün Şirvan şəhər “morq”una yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA