Komada zorlanan qadın hamilə qaldı
Argentinada xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətində olan qadın naməlum şəxs tərəfindən zorlanaraq hamilə qalıb.
ANS PRESS-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 2011-ci ildən bəri komada olan qadından qan analizi götürən həkimlər onun hamilə olduğunu müəyyən ediblər.
Həkimlər bildirib ki, qadın koma vəziyyətində ikən çox sayda qohumu və tanışı onu ziyarət edib, həmçinin çox sayda xəstəxana əməkdaşı onun olduğu otağa girib-çıxıb.
Faktla bağlı araşdırma başladılıb və qadının yanına gəlib-gedən kişilər istintaqa cəlb olunub.
Həkimlər isə ailəsinin istəyi ilə qadının abort olunacağını bildiriblər.
Mənbə:> ANSPRESS