Gürcüstan prezidenti hamilə qadını xilas etdi
Gürcüstan prezidenti Georgi Marvelaşvili hamilə qadını qəzaya uğrayan avtomobildən xilas edib. Prezidentin korteci təsadüfən yol qəzasının şahidi olub.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə adisənin şahidi olan rejissor Qiqi Kitiya Facebook-da yazıb.
“Mən dəhşətli qəzanın şahidi oldum. Hamilə qadının idarə etdiyi maşın yanacaqdoldurma stansiyasına yaxın ərazidə digər avtomobillə toqquşdu, nəticədə maşın yanmağa başladı. Hamilə qadını avtomobildən xilas etməyə çalışan isə prezident oldu. O, öz təhlükəsizliyini düşünmədən maşınındakı yanğınsöndürən alətindən istifadə etməyə çalışdı. Daha sonra ətrafdakıların köməyilə qadın huşsuz vəziyyətdə avtomobildən çıxarıldı. Mən baş verənləri lentə aldım, lakin görüntüləri yaymaq hüququm olmadığını düşündüm”, - Kitiya yazıb.
Onun sözlərrinə görə, hadisənin görüntüləri yaxın zamanlarda telekanalların birinin efirində yayımlanacaq.
Qeyd edək ki, prezidentin hamilə qadını qəzaya uğramış avtomobildən xilas etməsini dövlət başçısının mətbuat və mühafizə xidmətləri də təsdiqəyiblər.
Mənbə:> Oxu.Az