Bakıda maşın hamilə qadını vuraraq öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

Bakıda maşın hamilə qadını vuraraq öldürdü – FOTO

Bakıda maşın hamilə qadını vuraraq öldürdü


Bakıda maşın hamilə qadını vuraraq öldürüb.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, Xocahəsən qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yüksək sürətlə hərəkətdə olan “Volkswagen” markalı avtomobil yolu keçmək istəyən Həqiqət Məmmədovanı vurub.

Zərbənin təsirindən piyada avtomobilin ön şüşəsini qıraraq avtomobilə daxil olub. Hadisədən sonra sürücü piyadanı xəstəxanaya çatdırıb. Lakin çoxsaylı xəsarətlər alan hamilə Həqiqət Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində polis əməkdaşları olublar. İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.

Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bakıda maşın hamilə qadını vuraraq öldürdü
Bakıda maşın hamilə qadını vuraraq öldürdü
Bakıda maşın hamilə qadını vuraraq öldürdü

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *