Bakıda ağır qəza: yaşlı qadın öldü
Bakıda 76 yaşlı piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Nizami rayonu “Koroğlu” metrostansiyasının yaxınlığında qeydə alınıb. Qəza zamanı 1939-cu il təvəllüdlü Cəmilə Əli qızı yolu keçmək istəyən zaman “BMW” markalı avtomobil tərəfindən vurulub.
Hadisədən sonra piyada 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Edilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı Nizami rayon polis idarəsində araşdırma başlanılıb. İlkin ehtimala görə, hadisə dünyasını dəyişən şəxsin yolu piyadalar üçün nəzərdə tutulan keçiddən yox, magistral yoldan keçməsi səbəbindən qeydə alınıb.
Piyadını vuran sürücünün də qəza zamanı avtomobili sürtlə idarə etdiyi bildirilir. Qəzanın dəqiq baş vermə səbəblərinə isə aparılacaq araşdırmalardan sonra aydınlıq gətiriləcək.
Mənbə:> ANSPRESS