Bakıda avtoşlar qəza törətdi: ağır yaralı var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Bakıda avtoşlar qəza törətdi: ağır yaralı var

Bakıda avtoşlar qəza törətdi: ağır yaralı var


Gecə Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət almasına səbəb olan qəza baş verib. Hadisə Heydər Əliyev prospektindən üzü metronun Koroğlu stansiya istiqamətində gedən yolda baş verib. Hadisə zamanı “VAZ 2106” markalı maşının sürücüsü idarəetməni itirərək avtomobili qarşıda hərəkət edən “Range Rover” markalı digər nəqliyyat vasitəsinə vurub. Bundan sonra “VAZ 2106” yoldan çıxıb və səkilərə dəyərək dayanıb.

Hadisə nəticəsind “Jiquli”də olan bir nəfər sərnişin 21 yaşlı Quliyev Ağakişi Şamil oğlu deformasiyaya uğrayan maşında köməksiz vəziyyətdə qalıb. Yaralı hadisə yerinə çağrılan xilasedicilər tərəfindən maşndan çıxarılıb və ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Hadisədən sonra “VAZ 2106” markalı maşının sürücüsü qəza baş verən ünvandan yayınıb.

Qəza nəticəsində Heydər Əliyev prospektində nəqiyyatın sıxlığı yaranıb. Yol polislərinin müdaxiləsindən sonra avtobillərin sıxlığı aradan qaldırılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl “VAZ 2106” markalı maşın digər eyni markalı avtomobillə birlikdə avtoxuliqanlıq edərək sürət yarışına çıxıb. Hadisənin də bu səbəbdən baş verdiyi bildirilir.

Qəzadan sonra hadisənin baş verməsində iştirak edən digər “VAZ 2106” markalı avtomobil də ərazidən yayınıb. Qəza ilə bağlı Nizami rayon polis idarəsində araşdırma başlanılıb. Hazırda polislər həm qəzanı törədən, həm də onunla birlikdə yarışan avtomobilin sürücülərinin axtarışlarını davam etdirir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *