Azərbaycanda bayramqabağı ağır qəza: 7 yaralı
Bu gün səhər saatlarında Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Rafiq Axundovun idarə etdiyi "VAZ-2107" markalı maşınla Asim Balaşovun idarə etdiyi BYD markalı avtomobil toqquşub.
Toqquşma nəticəsində hər iki maşın yarasız hala düşüb. İçindəki sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan 7 nəfərin üçü - Adil, Zəhra, Zeynəb Rəcəblilər bir ailənin üzvüdür. Xəsarətləri daha ağır olan 39 yaşlı Adil və 3 yaşlı Zeynəb Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Digər maşında olan sərnişinlər, 29 yaşlı Çingiz Əliyev, 25 yaşlı Asim Balaşov, 23 yaşlı Elmar Həsənov və "VAZ-2107" markalı avtomobilin sürücüsü 57 yaşlı Rafiq Axundov travmatalogiya şöbəsində müalicə alır.
Onların vəziyyəti orta ağır qiymətləndirilir. Qəzanın baş vermə səbəbinə gəlincə, BYD markalı maşının qarşısına it çıxıb. Sürücü maşını qarşı yola qaçıraraq "VAZ-2107" markalı maşının yoluna çıxıb.
Hadisənin dəqiq səbəbləri Lənkəran rayon polis şöbəsində aparılan araşdırma nəticəsində bəlli olacaq.
Mənbə:> ANSPRESS