Bakıda qaranlıq yol piyadanı canından etdi
Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, qəsəbə ərazisində yolu keçmək istəyən 30-35 yaşlı piyada “Pevgeot” markalı minik avtomobilinin zərbəsi ilə üzləşib.
Zərbənin təsirindən şəxsiyyəti naməlum piyada hadisə yerində dünyasını dəyişib.
Qəzaya, yolun qaranlıq olması və ərazidə piyada keçidinin olmaması səbəb kimi göstərilir.
Faktla bağlı istintaq ba.ladılıb və araşdırmalar davam edir. Qəzanın dəqiq səbəbləri istintaqın yekununda məlum olacaq.
Mənbə:> ANSPRESS