Komada olan qadını zorladılar(yenilənib)
Cənubi Amerikada görünməmiş zorlanma hadisəsi baş verib.
ANS PRESS-in “Ancast” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, komada olan qadın xəstəxananın reanimasiya şöbəsində cinsi təcavüzə məruz qalıb.
Zorlanan qadın 2011-ci ildə baş verən dəhşətli qəzadan sonra bu günə qədər komada olub. Həkimlər qadını analiz edərkən heyrətləniblər. Analizlərdə qadının hamilə olduğu müəyyən olunub.
Araşdırmalar zamanı qadının zorlandığı müəyyənləşib. Hadisədən sonra qadının ailə üzvləri psixoloji sarsıntı keçiriblər.
Həkimlər son günlər qadının otağına girib-çıxan kişilərin kimliyini müəyyənləşdirir. Xəstəyə qulluq edən tibb işçiləri və həkimlər də sorğuya çəkiliblər.
Həkimlər qadının yaxınlarının razılığı ilə onu abort edəcəklər.
Mənbə:> ANSPRESS