Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi » AzNews.info -Xəbər portalı

Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi – ÖLÜM ANI (YENİLƏNİB)

Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi


Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.



***

13:39

Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. İdmançı dünən avtomobil qəzasına düşüb.

AzNews.info xəbər verir ki, azxeber.com hadisənin təfərrüatlarını öyrənib.

Məlumata görə, qəza Nobel prospekti - Zığ şossesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi “BMW” markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub.

Sakinlərin dediyinə görə, bu, həmin ərazidəki ilk hadisə deyil. Bundan öncə də həmin yerdə qəza olub.

Həmin görüntüləri təqdim edirik:


E.Ə.

***

10:49

Azərbaycanlı idmançı, dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

AzNews.info bakupost-a istinadən xəbər veriri ki, idmançı dünən avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında R. Məmmədovanı avtomaşın vurub.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından faktı təsdiqləyiblər.
Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi
Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi
Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi
Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *