Toya hazırlaşan qız faciəvi şəkildə öldü
Ötən gün Siyəzən rayonunda 21 yaşlı nişanlı qız faciəvi şəkildə ölüb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən saat 16 radələrində Siyəzən şəhər, Heydər Əliyev prospektində baş verib.
Həmin ərazidə 1987-ci il təvəllüdlü Məharim Firuz oğlu Məmmədovun idarə etdiyi "PAZ" markalı 53 AG 313 dövlət nömrə nişanlı avtobus yoldan keçən 1991-ci il təvəllüdlü Bülufər Əmirağa qızı Əliyevanı vurub. Gənc qız hadisə yerində ölüb.
Qeyd edək ki, Nülufər Əliyeva nişanlı olub. Bu yaxınlarda toyu olacaqdı.
Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS